TƏBİB: Sumqayıtdakı yanğınla bağlı xəstəxanada müalicə alan yoxdur

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alan 2 nəfər də ambulator müalicə üçün buraxılıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.
Yanğın hadisəsi aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye Parkı" kompleksinin ərazisində baş verib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci ( Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Yanğın bu gün saat 08:24-də söndürülüb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib