• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın 2 gündə küləyin sürəti güclənəcək

Yaxın 2 gündə küləyin sürəti güclənəcək
01.05.2022 12:32
Aprelin 30-da Bakıda havanın maksimal temperaturu iqlim normasından 3.5° yüksək olub, Bakıda və Abşeron yarımadasında 18-20° isti, Naxçıvan MR-da 22-26° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 23-28° isti olub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 30-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Mayın 1-i saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata əsasən, düşən yağışın miqdarı: Zaqatalada 47.0 mm, Balakəndə 29.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Kişçayda (Şəki) 5.0 mm, Lerikdə 4.0 mm, Qrızda 3.0 mm, Qusar, Ordubad, Ağdərədə (Ordubad) 2.0 mm, Şəki, Quba, İmişli, Qəbələ, Qax, Sabirabad, Cəfərxan, Salyanda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binə, Bakıda 1.0 mm-dək olub.
Mayın 2 və 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Respublikanın bölgələrində də yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol