Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "Mercedes” markalı mikroavtobusun sürücüsüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona "saxla” işarəsi verilib.
Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Masallı rayon sakini Nazim Qurbanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 30 gün müddətində inzibati qaydada həbs edilib
www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Müayinənin nəticəsinə əsasən N.Qurbanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























