DİN-in mayın 4-nə aşkarladığı cinayətlərin STATİSTİKASI

2022-ci il mayın 4-də Azərbaycanda baş vermiş 53 cinayətin üstü açılıb. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyi məlumat verib.
"Cinayətlərin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub", - DİN məlumatında bildirilir.
Həmin məlumata görə, ümumilikdə axtarışda olan 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb.
Azərbaycanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb,1 nəfər yaralanıb.
Son bir gün ərzində narkotiklərlə əlaqəli 23 fakt aşkarlanıb.
"Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib", - DİN bildirib.
Cinayət törətməkdə şübhəli bilindikləri üçün saxlanan şəxslərin sayı isə 51 nəfərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























