Builki "Xarıbülbül" Festivalının keçiriləcəyi tarix müəyyənləşib

"Şuşa ili”nin ilk böyük tədbiri "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.
www.anews.az
Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.
Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.
İyulda Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında "Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində "Şuşa – 2022” beynəlxalq incəsənət, "Şuşanın 4 fəsli” ("4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.
2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























