Avtobuslardakı monitorlarda "evdəqal" yazısı nə zaman yığışdırılacaq? - RƏSMİ

Azərbaycanda pandemiya dövrü başa çatmaq üzrə olsa da bəzi avtobuslarda hələ də "evdə qal" yazısı qalıb.
"BakuBus” MMC-nin mətbuat katibi Qabil Babayev anews.az-a açıqlamasında bildirib ki, həmin yazıların avtobusdakı monitorlardan çıxarılması üzrə işlər gedir.
"Bu iş ölkə ərazisində
koronavirus pandemiyası ilə bağlı qadağaların aradan qaldırılması çərçivəsində
həyata keçirilir. "Evdə qal”
yazısının monitorlardan çıxarılması prosesi yaxın günlərdə yekunlaşdırılacaq", - mətbuat katibi deyib.
Azərbaycanda koronavirus pandemiyası 2020-ci ilin fevralında qeydə alınıb. Martın 2-də ilk dəfə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3–9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirtmək məqsədilə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət
obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edildi.
2 il müddətində ölkə üzrə vaksinasiya prosesi sürətləndikcə və yoluxma azaldıqca tətbiq olunan məhdudiyyətlər tədricən aradan qaldırılmağa başladı.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























