• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb işçilərinin sertifikasiya imtahanlarına start verildi

Tibb işçilərinin sertifikasiya imtahanlarına start verildi
04.05.2022 14:57
Muxtar respublikada mərkəzləşdirilmiş qaydada ilk dəfə keçirilən tibb işçilərinin sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün müəyyən edilməsi məqsədilə keçirilir.
 
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən  bildirilib ki, səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
 
Sertifikasiya test imtahanı formasında aparılır və iştirakçılara 90 dəqiqə vaxt verilir. 60 sualdan ibarət imtahanda hər düzgün cavab bir balla qiymətləndirilir. İmtahanda 40 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiya imtahanında iştirak etmiş şəxslərə imtahanın nəticəsi barədə arayış verilir. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.
 
Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.
 
Qeyd edək ki, tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin sertifikasiyasının aparılması Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir.
 
Mayın 23-nə qədər davam edəcək və 1869 tibb işçisinin iştirak etməsi nəzərdə tutulan imtahanın nəticələri ilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında tanış olmaq mümkündür.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol