• $
  • €
  • ₽
  • ₺
  • £

“Kaspi” Təhsil Mərkəzi Əli Həsənovdan alındı

“Kaspi” Təhsil Mərkəzi Əli Həsənovdan alındı
04.05.2022 17:02
"Kaspi” Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib. 

Bildirilib ki, bu günlərdə Səbail Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıblar və binanın qapısı icra məmuru tərəfindən möhürlənib. 
 
"Kaspi” Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub. Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib. Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu, rəsmi təsdiqini tapmırdı. 
 
Amma bu günlərdə binanın qapısının icra məmurları tərəfindən möhürlənməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.  
 
Bir neçə il bundan əvvəl "Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması keçirilib. 
 
İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyiblər. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.
 
Təqsirli bilinən şəxslər özlərini ittiham üzrə günahkar saymırdılar.( Demokrat.az) 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol