• $
  • €
  • ₽
  • ₺
  • £

İkinci Dünya müharibəsində iştirak etmiş 81 veteran sağdır

İkinci Dünya müharibəsində iştirak etmiş 81 veteran sağdır
04.05.2022 17:34
Azərbaycandan İkinci Dünya müharibəsində iştirak etmiş və hazırda yaşayan veteranların sayı açıqlanıb.
 
Həmin şəxslərin sayı 81 nəfərdir.
 
Bu il İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümüdür. SSRİ İkinci Dünya müharibəsinə 1941-ci ildə qoşulub. Müharibədə SSRİ xalqları arasında azərbaycanlılar da böyük sayda iştirak edib. Belə ki, cəbhəyə yollanan 600 min azərbaycanlıdan 300 mindən çoxu həlak olub və ya itkin düşüb.
 
Aprelin 19-da Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin şəxslərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol