• $
  • €
  • ₽
  • ₺
  • £

Mağazadan 5 min manat pul və ərzaq OĞURLANDI

Mağazadan 5 min manat pul və ərzaq OĞURLANDI
06.05.2022 20:30
Hacıqabul Rayon Polis Şöbəsinə Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.
 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Qəniyev və Gəncə şəhər sakini Hüseyn Nəcəfov müəyyən edilərək saxlanılmışlar. Şəxsi axtarış zamanı V.Qəniyevdən metamfetamin aşkar edilərək götürülüb.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə aprelin 15-də saat 4 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus "VAZ-2106” markalı avtomobili qaçırmaları, V.Qəniyevin isə Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini G.Ağayevanın cibindən 200 manat pul və mobil telefon, bir evdən 1000 manat dəyərində noutbuk və ərzaq məhsulları, digər evdən isə 510 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol