• $
  • €
  • ₽
  • ₺
  • £

FAO Azərsunla əməkdaşlıq edəcək

FAO Azərsunla əməkdaşlıq edəcək
06.05.2022 15:26
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Azərsun Holdinq” arasında əməkdaşlıq memorandumu imzalanıb.


Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Azərsun Holdinq”  arasında imzalanmış memorandum kənd təsərrüfatı istehsalı və dəyər zəncirinin inkişafı, ekoloji kənd təsərrüfatı və ekoloji mühafizə, aqrar məsləhət xidmətləri kimi sahələrdə birgə əməkdaşlıq və ortaq fəaliyyətlərin həyata keçirilməsini hədəfləyir.

Memorandum çərçivəsində daha səmərəli, inkluziv və daha dayanıqlı aqro-ərzaq sistemlərinə keçid məqsədi ilə təbii sərvətlərin səmərəli istifadəsinin təmin olunması və iqlim dəyişikliklərinə uyğunlaşmağa dəstək olacaq yeni yanaşmalar, texnologiya və innovasiyaların öyrənilməsi üzrə əməkdaşlıq planlaşdırılır. Əməkdaşlıq memorandumunun imzalanması zamanı kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində ümumi məqsədlərə nail olmaq, həmçinin özəl sektorun qida təhlükəsizliyi və aqro-ərzaq sistemlərinin daha da inkişaf etdirilməsi işlərinə daha fəal cəlb edilməsi, bu sahədə effektiv əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üzrə bir çox fəaliyyətlərin həyata keçirilməsi müzakirə olunub.

Tədbirin açılış mərasimində FAO-nun Baş Direktor müavini və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin, "Azərsun Holdinq” Kənd Təsərrüftı məhsulları üzrə baş Direktoru Məhəmməd Gözəl, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, FAO-nun ölkə üzrə ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıblar. 

Memorandum çərçivəsində, "heç kəs kənarda qalmasın” şüarı ilə daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və həyat üçün inklüziv və dayanıqlı qida sistemləri üzrə fəaliyyətlər planı da müzakirə olunub. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün kollektiv şəkildə göstərilən çoxtərəfli səylərin artırılmasının və innovativ həllərin tətbiq olunmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə FAO-nun və "Azərsun Holdinq”in rəhbər heyəti və mütəxəssisləri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyi,  Aqrar Xidmətlər Agentliyinin rəhbər heyəti və mütəxəssisləri, eləcə də digər qurumların nümayəndələri iştirak edib. 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol