“Azerçay” Qarabağda keçirilən ilk beynəlxalq turnirə dəstək verdi

Doğma çay "Azerçay” işğaldan azad edilən Qarabağ torpaqlarında ilk dəfə keçirilən "Prezident kuboku-2022” adlı beynəlxalq turnirə çay təminatı dəstəyi verib.
Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə Tərtər rayonu, Suqovuşan qəsəbəsində təşkil edilən yarışmada kayak və kanoe üzrə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz məharətini göstərirlər. Turnirdə tərəfdaş qismində iştirak edən "Azerçay” markasının nümayəndələri yarış boyu yerli və xarici iştirakçılara milli çay brendi haqda məlumatlar verib, xüsusi ayrılmış zonada onları çay süfrəsinə qonaq edib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























