• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə Güc Mərkəzi aksiya edib - RƏSMİ AÇIQLAMA

Tələbə Güc Mərkəzi aksiya edib - RƏSMİ AÇIQLAMA
06.05.2022 17:23
Bakıda Tələbə Güc Mərkəzinin nümayəndələri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. 

Aksiya iştirakçıları Nazirlik önündə "Çayxana deyilsiniz, fəaliyyət göstərin!" plakatını qaldırıb. Etirazçılar təhsildəki problemlərin  həll edilməsi tələbi ilə bəyanat səsləndirib.
 
 "Çox təəssüf ki, Azərbaycanda dövlətin və Təhsil Nazirliyinin həll etməyə maraqlı olmadığı problemlər var. Hazırda Azərbaycandakı universitetlərdə və təhsil sistemində despotiya hökm sürür. Hökm sürən bu despotiya və problemlər bizi Tələbə Güc Mərkəzi olaraq narahat edir və Tələbə Güc Mərkəzi olaraq Təhsil Nazirliyindən və dövlətdən tələb edirik. Birinci tələbimiz odur ki, dövlət Universitetlərində pulsuz təhsil təmin olunsun. Eyni zamanda təhsilin keyfiyyəti artırılsın və tələbələrin üzləşdiyi ədəbiyyat və digər problemlər həll edilsin. Tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü və ictimai nəqliyyatda güzəştlər tətbiq edilsin. Eyni zamanda yataqxana problemi həll edilsin. Digər tələb Universitetlərdə bullinq və diskriminasiya halları şəffaf şəkildə araşdırılsın. Tələbələrin siyasi baxışına, fərqli mövqeyinə, dininə, cinsinə və oriyentasiyasına görə məruz qaldıqları ayrıseçkiliyə son verilsin", - etirazçıların bəyanatında bildirilib.

Etirazçılar Konstitusiyada qeyd olunan bərabərlik prinsipi nəzərə alınsın və xalqların orta məktəbdə tədris edilən fənlərdən birini öz ana dilində təhsil almasına şərait yaradılmasını da tələb edib. 
 
"Universitet rəhbərliyi, xüsusən də rektor seçki ilə müəyyən olunsun. Rüşvətin və despotiyanın hökm sürdüyü universitetlərlə bağlı ciddi addımlar atılsın və bu universitetlərin rəhbərlikləri məsuliyyətə cəlb olunsun", - bəyanatda qeyd olunub. 
 
Aksiyaya polis müdaxilə etsə də, saxlanılan olmayıb.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  anews.az-a açıqlamasında bildirib ki, etirazçılar Nazirliyə dəvət edilib və onların problemlərdən qaynaqlanan tələbləri müzakirə edilib.

"Onlar Azərbaycanın tələbələridir. Həmin tələbələrin düzgün şəraitdə yaxşı təhsil alması üçün şərait yaradılmalıdır. Bu istiqamətdə də işlər gedir. Etiraz edən 2 tələbə ilə Nazirlik əməkdaşları görüşüb. Onlar ilə fikir mübadiləsi aparılıb. Açıqladığı problemlər üzrə məsələlərə baxılacaq" , - Nazirlik sözçüsü bildirdi
 
Nazirliyin qəbula girən, etirazçı Fərid İmanovun sözlərinə görə, onlara Əməkdaşlıq və birgə fəaliyyət və problemləri birgə həll etmək təklif edilib.

"Biz müstəqil fəaliyyətimizə və subordinasiya qaydalarımıza zidd olmayan bütün danışıqlara hazır olduğumuzu və təhsildəki problemlərin həllində maraqlı olduğumuzu bildirdik", - o vurğuladı.
 
Tələbə Güc Mərkəzi müstəqil tələbə təşkilatıdır. Təşkilat 2020-ci ilin martında yaradılıb. Təşkilatın əsas hədəfi tələbə hüquqlarını müdafiə etmək və tələbələrin inkişafı üçün zəmin yaratmaqdır. 
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol