• $
  • €
  • ₽
  • ₺
  • £

Maqsud Mahmudova hökm oxundu

Maqsud Mahmudova hökm oxundu
06.05.2022 17:25
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.

Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızıya söyüş söyməsindən danışıb. Təqsirləndirlilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: "Bəli söymüşəm, yaxşı eləmişəm. Peşman da deyiləm".

Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək 14 il azadlıqdan məhrum olunub.

Bundan başqa, hökmə əsasən, Maqsud Mahmudovun üzərinə həbs qoyulmuş Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi və Səbail Rayonu Salyan Şossesində yerləşən ümumilikdə 24 sot torpaq sahəsi dövlət nəfinə müsadirə olunmalıdır.

Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.(APA)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol