Bakıdakı bu məktəbdə SSRİ-nin təbliğatı aparılır - Jurnalist Samir Feyzurov

Bakıdakı 164 nömrəli orta məktəbdə SSRİ-nin təbliğatı aparılır.
Bununla bağlı araşdırmaçı jurnalist Samir Feyruzov sosial şəbəkədə məlumat yayıb.
Jurnalist paylaşımını təqdim edirik:
Belə bir məqamda övladlarımızın başına rus beretkası, yaxasına Qələbə bantı vurmaq nə deməkdir!? Hələ arxalarındakı SSRİ bayraqlarını demirəm.
Hazırda işğalçı Rusiya ordusu Ukraynaya bu "Qələbə bantları" ilə daxil olur.
Araşdırsınlar görək, 164 saylı məktəb rus beretkalarını, bantları necə hazırlatdırıb, yaxud SSRİ simvollarını haradan alıb...
Lövhədəki "sülh göyərçinləri"nə diqqət edin. Həqiqətən də Rusiya sülhpərvərdir!? Sabah bu uşaqlar elə biləcəklər ki, Rusiya Ulraynaya da, Qarabağa da sülh üçün daxil olub. Bəlkə bu biabırçı durumu yığışdırasınız...
Rus əsgərləri 20 Yanvar qətliamını da başlarında bu beretkalarla törətmişdilər.
9 may təkcə rusun qələbəsi deyil. Qələbədən 3 il sonra SSRİ rəhbərliyi xalqımızı deportasiyaya məruz qoydu, dilimizi, tariximizi tapdaladı”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























