Gürcüstan ən çox quru çayı Azərbaycana ixrac edir

Quru çay ixracına görə Azərbaycan Gürcüstan üçün əsas bazardır. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
2021-ci ildə Gürcüstandan quru çay idxal edən ölkələr aşağıdakılardır:
2. Türkiyə - 622 min dollar, 196 ton;
3. Monqolustan - 492 min dollar, 899 ton;
4. Belarus - 198 min dollar, 130 ton;
5. Türkmənistan - 190 min dollar, 111 ton;
6. Qazaxıstan - 176 min dollar, 441 ton;
7. Ukrayna - 159 min dollar, 91 ton;
8. Rusiya - 125 min dollar, 160 ton;
9. Özbəkistan - 116 min dollar, 15 ton;
10. Estoniya - 93 min dollar, 1 ton.
2021-ci ildə Gürcüstan 2 439 ton quru çay ixrac etməklə 4,7 milyon dollar qazanıb. Rəsmi statistika göstərir ki, 2021-ci ildə ixrac 8,2 % azalıb, satılan məhsulların həcmi isə 2,7 % artıb.
Statistikaya əsasən bu il də ölkədən çay ixracında artım qeydə alınıb.
Həmin ölkələr arasında Türkiyə, Azərbaycan, Monqolustan ilk yerlərdə qərarlaşırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























