İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.
Belə ki, 22 yaşlı Hüseyn Nəzərli mübahisə zəminində 27 yaşlı Zakir İbrahimzadəni ayağında bıçaqlayıb. Nəzərli Zakir İbrahimzadəni bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.
Mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Məlumata görə, hər iki şəxs avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.
Lənkəran Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























