Qobustanda top mərmisi aşkar edilib

Abşeron rayonu, Qobustan kəndinin ərazisində təlim-atış xarakterli 100 mm-lik top mərmisi və onun döyüş başlığı aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
www.anews.az
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Tapılan sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























