Tovuz və Gədəbəydə toxumluq sahələrə baxış keçirilir

Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri davam etdirilir. Növbəti nəzarət tədbiri Tovuz və Gədəbəy rayonlarında həyata keçirilib.Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib.
Belə ki, Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb. Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib.
Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Fermerlər, məhsul istehsalçıları yüksək məhsuldarlıq əldə etmək üçün keyfiyyətli toxuma üstünlük verməlidirlər. Çünki keyfiyyətli toxum yüksək məhsuldarlığın əsas şərtidir.
Fermer və təsərrüfat sahibləri bu il hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər.
Cari il yanvarından başlayaraq Dövlət Toxum Fondu tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl rayonlarında toxumluq sahələrə baxış keçirilib. Hazırda da toxumluq sahələrə nəzarət tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























