“Araz Supermarket” şəbəkəsindən 2,5 milyonluq cərimələnmə barədə - AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib. "Araz Supermarket” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərara dair açıqlama verib.
"Dövlət Xidməti tərəfindən araşdırma aparılan yazı barəsində vurğulamaq istəyirik ki, adıçəkilən yayılmış xəbərdə təsvir olunan qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilib. Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər "Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Haqqında danışılan xəbəri yayımlayarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyini düşünürdük. Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik. Odur ki, cərimə məbləğinə yenidən baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızdan istifadə edəcəyik. "Araz Supermarket” MMC-nin əsas dəyərlərindən biri də ədalətlilikdir. Biz yalnız öz müştərilərimiz, əməkdaşlarımız və tərəfdaş təşkilatlarla deyil, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq. "Araz Supermarket” şəbəkəsi dövlət orqanları, qeyri-hökumət təşkilatları və media ilə şəffaf, səriştəli ünsiyyətdədir və əməkdaşlıq çərçivəsində daxil olan bütün sorğuları mümkün qədər operativ və dolğun şəkildə cavablandırmağa çalışır. "Araz Supermarket” şəbəkəsi cəmiyyəti sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir. Logistika, distribusiya və meyvə-tərəvəz sahəsində fəaliyyətimizi nəzərə alaraq, alıcılarımıza məhsulları mümkün uyğun qiymətə təklif edə bilirik.
www.anews.az

11 ildir ki, pərakəndə sahəsində fəaliyyət göstərərək Azərbaycan iqtisadiyyatına dəyər qatır və 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edirik. "Araz Supermarket” şəbəkəsi olaraq, əhalinin ərzaq təminatı ilə bağlı səylərimiz, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və cəmiyyət üçün dəyər yaradan fəaliyyətimizin bariz nümunəsidir”, - MMC-dən bildirilib.
Dünən, mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində "Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında "Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.
"Belə ki, "Araz supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib”, - Dövlət Xidmətindən deyilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib