• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda faktiki hava açıqlandı

Azərbaycanda faktiki hava açıqlandı
09.05.2022 13:14
Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Dolu: Mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb.

Düşən yağışın miqdarı: Qobustanda 38.0 mm, Qəbələdə 28.0 mm, Oğuzda 27.0 mm, Şəkidə 25.0 mm, Sarıbaşda (Qax) 23.0 mm, Altıağacda 17.0 mm, Balakəndə 16.0 mm, Zaqatalada 14.0 mm, Astara, Lerik, Xaltanda 11.0 mm, Ağdərədə (Ordubad) 10.0 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8.0 mm, Şərurda 5.0 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4.0 mm, Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3.0 mm, Culfa, Daşkəsən, Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2.0 mm, Ağdam, Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Şabranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 3.0 mm, Pirallahı, Maştağa, Binədə 1.0 mm-dək olub.

Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam etmişdir. Mayın 09-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunmuşdur.

Külək: Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol