Ağdamda qəbiristanlıqlardan oğurluqlar edilib

Ağdamda qəbiristanlıqlardan oğurluqlar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























