Doktoranturaya sənəd qəbulu sabah başa çatır

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi sabah başa çatır. Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Proses 10 may saat 23.59–da bitəcək.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində "Şəxsi kabinet” açmalıdır. Namizədlər "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən "İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin "Şəxsi kabineti”ndə əks olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























