Bakıda avtomobildə mənşəyi məlum olmayan ət aşkarlanıb

Bakıda avtomobildə mənşəyi məlum olmayan ət aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi "Mercedes” markalı avtomobil saxlanılıb.
Avtomobilə baxış zamanı oradan 120 kiloqram çəkidə mənşəyi məlum olmayan ət məhsulu aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























