ABŞ səfirliyi Aytən Məmmədovaya hücumla bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.
"Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.
Aytən Məmmədova yaşadığı binanın blokunda tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























