Azərbaycanlı zəvvarların Həcc ziyarətinə - İCAZƏ VERİLDİ

Bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.
QMİ rəsmisinin sözlərinə görə, bu il Azərbaycandan Kəbəyə Həcc ziyarəti təşkil olunacaq. Din xadimi vurğulayıb ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.
"Kvotanın sayı və qiymət barədə məlumat təxminən bir həftə, 10 günə açıqlanacaq”, – QMİ rəsmisi deyib.
2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi. (Modern.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib