• $
  • €
  • ₽
  • ₺
  • £

"Google Maps"dan avtobusların hərəkət sxemi niyə götürülüb?

"Google Maps"dan avtobusların hərəkət sxemi niyə götürülüb?
10.05.2022 14:23
Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatların hərəkət marşurutlarını, eləcə də digər məlumatları artıq "Google” xəritələrindən müşahidə etmək mümkün deyil.

Bu barədə daha əvvəl də "Transit for Baku” layihəsinin nümayəndələri məlumat yaymış və 19 Mart 2022-ci il tarixindən etibarən avtobus məlumatlarının "Google” Xəritələrinə inteqrasiyasının dayandırılacağını açıqlamışdılar.

"Transit for Baku” (TFB) layihəsinin komandası 19 Mart 2014-cü ildən avtobus məlumatlarının "Google” Xəritələrinə inteqrasiyası işini könüllü olaraq yerinə yetirirdi. Lakin onların bu ilin 5 aprelində açıqladıqları məlumata əsasən, komanda artıq Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını BNA-dan əldə edə bilmir. Onlar bildiriblər ki, BNA ictimai nəqliyyat məlumatlarının, marşrut dəyişikliklərinin dərcini gecikdirir.

BNA bu gün verdiyi açıqlamada sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi və məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə "Google Maps”​in nəqliyyat komandası ilə də danışıqlar apardığını açıqlayıb.

Bildirilib ki, danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları "Google Maps” üzərindən də əldə etmək mümkün olacaq.

Hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunması üçn sərnişinlər alo141.az saytından istifadə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol