Azərbaycanda nə qədər narkoman var?

Azərbaycanda narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfərdir. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.
Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7 min 496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid (ədəndə morfin kimi fəaliyyət göstərən kimyəvi maddələr) qrupuna aid narkotik istifadəçiləri, 9 min 752 nəfər kannabinoid (beyində neyrotransmitterlərin buraxılmasını dəyişdirən hüceyrələrdəki kannabinoid reseptorlarına təsir edən kimyəvi birləşmələr sinfidir) qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5 min 603 nəfər qeydiyyata götürülüb, 4 min 789 nəfər isə qeydiyyatdan çıxarılıb.
Hesabata görə, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonunda 639 fakt, Suraxanı rayonunda 509 fakt, Binəqədi rayonunda 481 fakt, Nəsimi rayonunda isə 310 fakt qeydə alınıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində hal hazırda 350-ə qədər xəstə stasionar müalicə alır. Onlardan 9-u qadın, 241 nəfəri isə kişidir. Mərkəzin İxtisaslaşdırılmış şöbəsində 74 xəstə məcburi müalicə alır.
2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib. Onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub. Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub.
Ləman Qasımova
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























