• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə idmançıların reytinq cədvəli açıqlanıb

Azərbaycanda ilk dəfə idmançıların reytinq cədvəli açıqlanıb
10.05.2022 17:24
Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq, Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb. Siyahıda 45 idmançı yer alıb.

Reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Reytinq əmsalının hesablanması ilk olaraq Olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub.

"Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.

İdmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq. Yəni, idmançının 2023-cü ilin fevralın 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 aydakı (1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq.

Reytinqdə ilk növbədə olimpiadada uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək. Bundan sonra, idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq.

Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış həmkarından daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol