• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-in qarşısına etiraz yürüşü təşkil ediləcək - BƏYANAT -YENİLƏNİB

DİN-in qarşısına  etiraz yürüşü təşkil ediləcək - BƏYANAT -YENİLƏNİB
10.05.2022 18:51
İctimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri mayın 14, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc etiraz yürüşü keçirəcək. Bu barədə fəallar feysbukda məlumat paylaşıb.

Onlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərin dayandırılmasını, edilən cinayətlərə düzgün hüquqi qiymət verilməsini tələb edir.
 
"Biz - ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirik. Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması, hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmaması onu göstərir ki, bu cinayətlər sistemli xarakter daşıyır. Hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək. Biz bu qorxunc hadisələr zəncirini dayandırmaq tələbi ilə etiraz yürüşü təyin edirik", - fəalların yaydığı bəyanatda bildirilib.
 
Məsələ barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq”, - DİN rəsmisi bildirib.

 
Ləman Qasımova
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol