• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA Azərtacla birgə Heydər Əliyevin doğum gününə aid tədbir keçirib

MEDİA Azərtacla birgə Heydər Əliyevin doğum gününə aid tədbir keçirib
10.05.2022 20:38
10 may tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və AZƏRTAC İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbir keçirilib.


Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın binasının foyesindəki büstü önünə güllər düzüb.


Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Ümummilli Liderin həyatına həsr edilən videoçarx nümayiş etdirilib. 


Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya miqyaslı siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə abidə ucaldıb. Qeyd edib ki, Heydər Əliyevin AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən biri Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. 


Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov  vurğulayıb ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşdırılması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Həmçinin Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onu ümummilli lider kimi xarakterizə edən əsas xüsusiyyətlərindəndir. Millət vəkili vurğulayıb ki, Heydər Əliyevin görkəmli lider və vətəndaş kimi atdığı addımlar müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin, o cümlədən peşəkar jurnalistlərin yetişməsində vacib rol oynayıb.


Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd edib.


Tədbirdə çıxış edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevin müasir Azərbaycan, həmçinin dünya tarixində xidmətlərinin misilsiz olduğunu vurğulayaraq Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.


Tədbir digər çıxışlarla davam edib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol