Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.
www.anews.az
37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.
Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.
Mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























