Qəbələdə avtomobil aşıb, ölən var

Qəbələ rayonunda avtomobil aşıb, ölən var.
www.anews.az
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 13 radələrində rayonun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi "VAZ-21011” markalı avtomobili aşırıb.
Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























