• $
  • €
  • ₽
  • ₺
  • £

Məzahir Süleymanzadə dəfn olunub- YENİLƏNİB

Məzahir Süleymanzadə dəfn olunub- YENİLƏNİB
11.05.2022 14:00
Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə dəfn olunub.
 
Mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Dəfn mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mərhumun yaxınları iştirak edib.
 
Çıxış edənlər Məzahir Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar.
 
******** 
Tanınmış jurnalist, "Səhər” qəzetinin təsisçisi Məzahir Süleymanzadə vəfat edib.

Bu barədə onun qardaşı Tahir Süleymanov sosial şəbəkədə bildirib.

Mərhumun yas mərasimi sabah (12 may) saat 11.00-dan "Zəm-Zəm" mərasim evində (Ünvan: Həzi Aslanov m. yuxarı çıxışı) keçiriləcək.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. Uşaqlıq və gənclik illəri Şamaxıda keçib. S.M.Qənizadə adına 1 nömrəli orta məktəbin məzunudur. 1979-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İdman" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin müxbiri, məsul katibi, redaktor müavini vəzifələrində çalışıb.

Azərbaycan mətbuatı tarixində 2 milyon tirajla çıxan yeganə qəzetin - "Səhər"in yaradıcısı və baş redaktoru olub. Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimidir.
 
O, bir müddət AFFA-nın və "Neftçi”nin mətbuat xidmətinin rəhbəri işləyib.

Ali Media Mükafatının ilk laureatlarından biridir. SSRİ Jurnalistlər İttifaqının xüsusi mükafatına, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", "Araz" və başqa ədəbi mükafatlara layiq görülüb. Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.

Məzahir Süleymanzadə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbərliyində təmsil olunurdu.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol