• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstə qızını dirəyə bağlayaraq işgəncə verən ata həbs edilib-FOTO/ YENİLƏNİB

Xəstə qızını dirəyə bağlayaraq işgəncə verən ata həbs edilib-FOTO/ YENİLƏNİB
11.05.2022 17:20
Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı əqli qüsurlu qızın çəkdiyi əziyyətlər qonşularını da hiddətləndirib.
 
Beşuşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb.

Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb.
 
Bozdağın yamacına bitişik həyətdə baş verən qəribə hadisə ilk olaraq qonşuların diqqətini cəlb edib. Məlum olub ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. 
 
Tükürpədici hadisədən danışan qonşu Firuzə Səfərova gördüklərindən dəhşətə gəldiklərini deyib.
 
"Üzü dağa sarı gedib-gələn hər kəs son günlərdə ailənin 19 yaşlı qızının kəndirlə dirəyə bağlı olduğunun şahidi olub. Öncə qonşular nə baş verdiyini anlamasa da, sonradan bu zorakılığın davamlı olduğunu anlayıb. Təsəvvür edin, yağışın, suyun altında ata öz balasını bütün günü dəmir dirəyə bağlı saxlayır. Öyrəndik ki, qızın psixoloji problemləri var. Məgər xəstəxana yoxdur ki, bir ata öz övladını orada müalicə etdirmək əvəzinə, kəndirlə dirəyə bağlı saxlamaqla min bir əziyyət verir? Bu, insanlığa və atalığa sığmayan vəhşilikdir. Məcbur olan qonşular dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmağa qərar verdilər”. 
 
Ailəyə yaxın bir başqa şəxsin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmiş. 
 
İşgəncələrə məruz qalan Nuranə Bədəlova isə həkim nəzarətinə götürülüb.


********* 
 

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan, 2003-cü il təvəllüdlü A.M.-in atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M.-in psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.
 
N.M. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol