• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çəkiləcək tramvay xətləri hansı əraziləri əhatə edəcək? - AÇIQLAMA VİDEO

Bakıda çəkiləcək tramvay xətləri hansı əraziləri əhatə edəcək? - AÇIQLAMA VİDEO
11.05.2022 14:40
Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan struktur dəyişikliyi fonunda Bakıda tramvay və trolleybusların bərpa olunub-olunmayacağı maraqla gözlənilir.
 
Paytaxtda bu nəqliyyat növlərinin yenidən fəaliyyətini bərpası isə zaman-zaman geniş müzakirəyə çıxarılıb.
 
Nəqliyyat eksperti Eldəniz Cəfərov "ARB 24”də yayımlanan "İş vaxtı” verilişində islahatlar olacağını deyib.

"Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə, tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı olmasa da, tramvayların çəkilməsi mümkündür.
 
Hesab edirəm ki, Bakıətrafı qəsəbələrdə tramvay xətlərinin olması olduqca müsbət haldır. Bunu şəhərinin mərkəzində təşkil etmək çətin olsa da, ətraf ərazilərdə tramvayların işə düşməsi real görünür”.
 
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu mətbuata açıqlaması zamanı bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi.
 
"Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
 
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
 
Məsələ ilə bağlı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baku.ws-ə bildirilmişdi ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi nəzərdə tutulur. Hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin həvalə olunacağı qurum da müzakirə obyektidir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol