• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifəli şəxsin adı ilə torpaq zəbt edilməsinin qarşısı alınıb

Vəzifəli şəxsin adı ilə torpaq zəbt edilməsinin qarşısı alınıb
11.05.2022 15:36
Abşeronun Mehdiabad qəsəbəsində neft sənayesinə aid torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb.
 
Sahib Məmməd oğlu Quliyev bir qrup şəxslə birlikdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) məxsus neft kəmərinin mühafizə zonasını özbaşına zəbt edərək uzunluğu təqribən 100 metr, eni isə 20 metr olmaqla hasara alıb.
 
Ona SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları dəfələrlə xəbərdarlıq edərək, neft kəmərlərindən bütün istiqamətlər üzrə 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyini bildirib.
 
Sahib Quliyev gah yüksək vəzifəli şəxslərin adından istifadə edərək, gah da şəhid ailəsinin üzvü olduğunu əsas gətirərək ətrafına topladığı şəxslərlə birlikdə hay-küy salıb, qanunsuz əməllərinə göz yumulmasını tələb edib. Lakin o, torpaq sahəsinin mülkiyyətində olmas və şəhid ailəsinin üzvü olması ilə bağlı sənəd təqdim etməyib.
 
Neft kəmərlərinin ölkə üçün strateji əhəmiyyəti nəzərə alınaraq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və Abşeron Rayon Polis İdarəsi, Heydər Əliyev adına NEZ-in Mühafizəsi üzrə Polis İdarəsi, eləcə də SOCAR-ın Təhlükəsizlik İdarəsi və NEZ əməkdaşlarının iştirakı ilə qanunsuz zəbt olunan sahədəki hasar xüsusi texnika cəlb edilməklə sökülüb, ərazi yenidən zavodun istifadəsinə verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol