• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda 3 şəhidimizin məzarı tapıldı

Ağdamda 3 şəhidimizin məzarı tapıldı
11.05.2022 18:47
Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb. Bu barədə kənd sakini, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib.

Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb:
"Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində, şəkildə göründüyü kimi, belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!

Hər üçü 1992-ci illərdə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var:

"Kənd Ağdamın işğalından 7-10 gün əvvəl, 1993-cü ilin iyul ayında işğal edilib. 2022-ci ilin noyabr ayında - 44 günlük müharibə nəticəsində Ağdam rayonu düşməndan azad olunanda, Şıxbabalı kəndi də azad edilib”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol