• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıb

Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıb
11.05.2022 19:24
Bakıda 18 il əvvəl törədilən qətlin üstü açılıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyən edilib.

Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb edilib.

Belə ki, aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları - 1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ keçirmək məqsədi ilə sonuncuya məxsus mənzilə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol