• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya mətbuatı: Azərbaycanda COVID-19-a yoluxmalar davamlı azalır

Dünya mətbuatı: Azərbaycanda COVID-19-a yoluxmalar davamlı azalır
12.05.2022 19:30
Bu ilin mart ayından etibarən Azərbaycanda COVID-19-a yoluxanların və ölüm hallarının gündəlik sayında davamlı azalma müşahidə olunur.

Bu barədə Çinin "China.org” portalı yazıb.

Portal qeyd edib ki, çərşənbə günü Azərbaycanda koronavirusa cəmi 13 yeni yoluxma halı qeydə alınıb və bununla da ümumi yoluxma sayı 792 651 nəfərə çatıb.

Son 24 saat ərzində daha 3 nəfər müalicə olunaraq sağaldığını, sağalananların ümumi sayının 782 872 nəfərə çatdığını vurğulayan mətbu orqan son 24 saat ərzində ölüm faktının qeydə alınmadığını əlavə edib.

Portal Azərbaycanda vaksinasiya ilə bağlı statiskanı təqdim edərək prosesin uğurla davam etdiyini diqqətə çatdırıb.

"Aprel ayında ölkə rəsmiləri bəyan etmişdilər ki, Azərbaycana gələn tam peyvənd olunmuş insanlar artıq PCR testlərindən keçməli olmayacaq, həmçinin bütün daxili reyslər üçün səyahət məhdudiyyətləri aradan qaldırılıb, səyahət edənlər artıq yola düşməzdən əvvəl testlərdən keçməli deyillər”, - portal qeyd edib.

Öz növbəsində ANİ agentliyi də Azərbaycanda koronavirusa yoluxma və ölüm hallarının azaldığını, bir sıra məhdudiyyətlərin aradan qaldırıldığını vurğulayıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol