• $
  • €
  • ₽
  • ₺
  • £

EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına krediti təsdiqləyib

EBRD Qaradağ Günəş Elektrik Stansiyasının inşasına krediti təsdiqləyib
12.05.2022 21:30
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib.

EBRD xəbər verir, layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir.


Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək.


Bildirilir ki, kredit, layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy” MMC-yə ayrılıb.


Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək.


Layihə həmçinin, illik təxmini "CO2” emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol