• $
  • €
  • ₽
  • ₺
  • £

Təranə Səmədova narkotikə görə cəzalandırılıb

Təranə Səmədova narkotikə görə cəzalandırılıb
12.05.2022 11:16
Tanınmış prodüser Təranə Səmədovanın polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi məlum olub.

İki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.

Bu zaman Təranə Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, Təranə Səmədovanın barəsində 400 manat məbləğində cərimə edilib.

Aprelin 27-də Təranə Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi.

Təranə Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol