• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA
12.05.2022 13:47
Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq. 

Bu barədə məlumatı Oxu.Az Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə edib. 

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır. Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.  

Bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətə gedə bilər. Başqa ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. 

Eyni zamanda, ancaq 65 yaşa qədər olan vətəndaşlar Həcc ziyarətinə gedə biləcəklər. Buna səbəb kimi yaşlı adamların koronavirus infeksiyasına daha tez yoluxmaları əsas gətirilib.

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Bir neçə gün əvvəl 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağan olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol