“Azərpoçt”un idarəetmə forması dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.
Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.
Dövlət şirkətindən faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.
www.anews.az
"Report”un məlumatına görə, qurumda baş direktor və onun müavini vəzifələri ləğv edilib.
Beləliklə, Əfqan Quliyev "Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əlizadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























