• $
  • €
  • ₽
  • ₺
  • £

Pomidor niyə bahalaşır və nə vaxt ucuzlaşacaq?

Pomidor niyə bahalaşır və nə vaxt ucuzlaşacaq?
12.05.2022 23:40
2022-ci ilin aprelində pomidorun Bakı bazarlarında qiyməti təxminən iki dəfə, yəni 3 manatdan, 5 manat a kimi bahalaşıb.  Ötən ilin müvaffiq dövründə pomidorun qiyməti 2,5 manatdan  3 manata kimi artmışdı.  Bu məlumat Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi statistikada öz əksini tapıb. 
 
Bu il ərzində pomidorun qiyməti orta hesabla 30-50 qəpik bahalaşıb.
 
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev qiymət artımının səbəbini hava şəraiti ilə bağlı olduğunu bildirib. 

"Mayın əvvəlində pomidorun qiyməti aşağı düşməli idi. Ancaq havanın yağışlı və soyuq keçməsi ilə əlaqədər qiymətlər qalxıb. Çünki məhsuldarlıq bu vaxtı qalxır və təklif tələbi üstələyir. Son beş ilin statistikasına baxsaq, aprelinin sonunda  qiymətlər aşağı olub. İndi isə mayın əvvəlində yerli bazarlarda pomidorun qiyməti olduqca bahadır. Hava şəraiti son həftə üçün nəzərdə tutulan məhsuldarlığı 30% aşağı salıb",  -  Quliyev vurğulayıb.
 
Onun fikrincə,   gələn həftədən başlayaraq qiymətlər düşəcək. 

"Keçən il ziyanlı il olduğu üçün Şəmkir, Samux, Gəncə kimi bölgələrdə onlarla istixana fəaliyyətini dayandırıb. Ancaq bu qiymət bahalığına çox az təsir edir. Pomidorun qiymətində bahalaşma təbiidir. Yeni məhsulun bazara çıxması ilə qiymət normallaşacaq. Mən düşünürəm ki, uzağı 4 gündən sonra pomidorun qiyməti düşəcək'', - Quliyev bildirib.
 
Samuxun Qarayeri qəsəbəsi sakini, fermer Zülfiyyə Bayramova deyir ki, istixanada pomidor becərmək onlar üçün baha başa gəlir. 

"Bu il tək pomidorda deyil, bütün kənd təssərüfatı məhsullarında qiymət artıb. Pomidorun qiymətində bahalaşmaya səbəb gübrə, toxum, istixana, traktor xərcləridir. Gübrə Rusiyadan gəlir, əvvəlki illlərlə müqayisədə baha qiymətə alırıq. Yeni məhsul bir aya yetişəcək. Qiymətlər isə fərqli olacaq, çünki, ona çəkilən xərc ötən il ilə müqayisədə çoxdur",  -  fermer bildirib.
 
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, nazirlik pay torpaqlarında qurulan istixanalara, sənədi olanlara, məhsulunu bəyan edənlərə qapalı və açıq şəraitdə yetişdirməsindən asılı olmayaraq, pomidorun hektarına görə 280 manat subsidiya ödəyir.
 
Ötən ilin yanvar-fevralı ilə müqayisədə Azərbaycan bu il daha çox pomidor ixrac edib. Bu ilin yanvar-fevralında Azərbaycan pomidor ixracından 24.5 milyon  dollar əldə edib, 2021-ci ildə eyni dövründə isə bu rəqəm 14.2 milyon dollar olub.
 
Supermarketlərdə isə pomidorun qiyməti 3-5 manat aralığında dəyişir.
 
Aytac Zeynalova
 
İSTİQAMƏT:5.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol