Jurnalisti hədələməkdə şübhəli bilinən şəxslər araşdırılır - RƏSMİ AÇIQLAMA

Bıçaqla hədələnən Aytən Məmmədova vəkillə təmin olunub. Həmçinin, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib.
Mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
"Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,” Məmmədova qeyd edib.
Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.
"Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.”
Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı qızın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edir.
Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır. Medianın İnkişafı Agentliyində (MEDİA) bu qurumun icraçı direktoru Əhməd İsmayılov jurnalist ilə görüşüb.
"Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir", - qurumdan deyilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, mətbuat nümayəndəsinin hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, cinayət işi başlanılıb.
O deyib ki, Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.
"Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir", o bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.
"Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - səfirlikdən deyilib.
"Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı mayın 8-də Bakıda naməlum şəxsin 10 yaşlı qızın qətli ilə bağlı araşdırma apardığı üçün jurnalist Aytən Məmmədovaya hücumunu pisləyib.
"Azərbaycan hakimiyyəti jurnalist Aytən Məmmədovaya qarşı təhdidləri hərtərəfli araşdırmalı və onun təhlükəsizliyini təmin etməlidir. Aytən Məmmədovaya qarşı son hücum və təhdidlər təkcə ona deyil, Azərbaycanda bütün jurnalistlərə qarşı hücumdur. Azərbaycan hakimiyyəti jurnalistləri qorxutmaq, susdurmaq cəhdlərinin qəbuledilməz olduğu və hücumun sifarişçisi ola biləcək hər kəs də daxil olmaqla, məsuliyyət daşıyanları tez bir zamanda məsuliyyətə cəlb etmək barədə açıq mesaj verməlidir" - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə Proqram Koordinatoru Gülnoza Səid bildirib.
Ləman Qasımova
www.anews.az
"Hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib. Həmçinin, istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır. Qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Səbrli olub istintaqın başa çatmasını gözləməliyik", - Zahidov açıqlamasında bildirib.
Aytən Məmmədova deyir ki, istintaqın gedişindən narazılıq üçün əsas yoxdur.
"Razılıq üçün də nəticə olmalıdır. Gördüyüm qədər iş gedir, mümkün vasitələrdən istifadə olunur. Təyin olunan vəkil isə Cavad Cavadovdur", - jurnalist dedi.
Mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
"Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,” Məmmədova qeyd edib.
Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.
"Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.”
Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı qızın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edir.
Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır. Medianın İnkişafı Agentliyində (MEDİA) bu qurumun icraçı direktoru Əhməd İsmayılov jurnalist ilə görüşüb.
"Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir", - qurumdan deyilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, mətbuat nümayəndəsinin hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, cinayət işi başlanılıb.
O deyib ki, Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.
"Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir", o bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.
"Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - səfirlikdən deyilib.
"Biz bu zorakılıqdan şokdayıq və səlahiyyətliləri baş verənləri araşdırmağa çağırırıq", - təşkilatın Twitter hesabında deyilir.
Jurnalistlərin Müdafiə Komitəsi də hadisə ilə bağlı bəyanat yayıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























