• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ə qoşulmuş Bəxtiyar Şıxıyev haqqında faktlar - DOSYE

İŞİD-ə qoşulmuş Bəxtiyar Şıxıyev haqqında faktlar  - DOSYE
13.05.2022 10:14
Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra məqamlar məlum olub.

Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 33 yaşlı Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlayıb.
 
2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış  Səadət Əsgərzadə Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutub. O, həyat yoldaşı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır.

Bəxtiyar Şıxıyev  Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi "Cundul Şam” adlı silahlı qrupun tərkibində təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəyib. Eləcə də ona təhkim edilmiş silahla "ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaradıb.

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyə Respublikasına qayıdaraq orada yaşamağa başlayıb. Yenicə dünyaya gələn övladını və ərini atıb gedən Səadət Əsgərova 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulub. O, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakıda  65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edib. O, əmlakını ələ keçirmək məqsədi ilə evinə girdiyi şəxsin əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib.
 
Bu əməlinə görə Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar Şıxıyev özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənib.
 
Bir müddət əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bəxtiyar Şıxıyev qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələrdə ittiham olunaraq saxlanılıb.

O, Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir

Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda itirmiş tək oğul övlad qalıb.
 
Hazırda isə DTX tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.(apa.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol