• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni avtomobillərin satışı artıb

Azərbaycanda yeni avtomobillərin satışı artıb
13.05.2022 12:33
Bu ilin apreldə Azərbaycanın avtomobil bazarında yeni avtomobillərin satışı marta nisbətən 10 % artıb. Bu barədənəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, ay ərzində bazarda təzadlı vəziyyət yaşanıb:

"İkinci əl avtomobillərin satışında yeni avtomobillər qədər artım olmayıb. Bu gün təkrar avtomobil bazarında fəallıq çox aşağıdır. Mart-aprel aylarında vətəndaşlarımız yeni avtomobillərə daha çox maraq göstərib. Yanvarın 1-dən ekoloji təmiz avtomobillərin idxalının ƏDV-dən azad edilməsi qərarı da burda stimullaşdırıcı rol oynayır. Apreldə avtomobil alıcıları daha çox krossoverlərə üstünlük verib. Qeyd edim ki, ilin birinci rübündə avtomobillərin ehtiyat hissələrinin qiyməti təxminən 5 % yüksəlib”, - o deyib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də apreldə yeni avtomobillərin yaxşı satıldığını qeyd edib.

"Hətta yaya doğru getdiyimiz üçün yeni avtomobillərin satışı artır. İkinci əl avtomobil bazarında isə yenə də durğunluq var. Həmişə bu durğunluğu yanvar-fevral aylarında müahidə edirdik. İndi isə bu vəziyyət apreldə də davam edir. Çünki insanlar cüzi depozit qoymaqla ikinci əl avtomobilləri müəyyən müddətdən sonra avtomobil ona qalmaq şərti ilə icarəyə götürür. Bu halda 500-1 000 manat ilkin ödənişlə bu avtomobilləri əldə etmək olduğu üçün heç kim risk edib 10-15 min manata maşın almır. Yeni avtomobillərin satışında isə vəziyət yaxşıdır. Yəqin ki, bu ayın sonunda da daha çox yeni avtomobil satıldığını görəcəyik”, - o bildirib.

Əliyev vətəndaşlarımızın əsasən Çin istehsalı olan krossoverlərə üstünlük verdiyini deyib.

"Hazırda 32-45 min manat arası qiymətə olan yeni avtomobillər, əsasən də krossoverlər daha çox satılır. Bir də daha çox satılanlar lüks sinifə aid olan avtomobillərdir. Bunlar "Toyota”nın bəzi modelləri, "Mercedes”in bəzi öndə olan modellərindir. Onlara həmişə tələbat var. Qeyd etdiyim 32-45 min manat arası qiymətə olan krossoverlərin əksəriyyəti Çin bazarından olan avtomobillərdir. Azərbaycanda 11 Çin avtomobil brendi var. Bunlardan ikisi pikap avtomobili təqdim edir, qalanları isə sedan avtomobillərə və krossoverlərə üstünlük verir. Bakıda bazar payının 50-55 %-i Çin avtomobillərinə məxsusdur. Ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra hamı bahalı maşını satıb ekonom avtomobilə keçməyə çalışır. Çin avtomobilləri həm ekonom sinifə aiddir, həm də qiymətləri münasibdir. Artıq onların əksəriyyəti öz servis və ehtiyat hissələri mərkəzlərini formalaşdırıb. Artıq Çin avtromobillərinə xidmət göstərən rəsmi servisdən kənar servis mərkəzləri var. Onların ehtiyat hissələri dükanları artıq rəsmi servisdən kənarda da tapılır. Ona görə Çin avtomobillərinə etibar artıb",- o qeyd edib.

Əliyevin sözlərinə görə, əsrin əvvəllərində Koreya istehsalı olan avtomobillərlə bağlı eyni tendensiya yaşanırdı.

 "İndi həmin tendensiyanı Çin avtomobilləri ilə bağlı müşahidə edirikƏvvəllər yükdaşımalarla bağlı qiymətlər ucuz idi. İndi elə Çinin özündən 11 min ABŞ dollarından ucuz qiymətə konteyner gəlmir. Yükdaşıma şirkətləri də avtomobili gətirilməsi üçün 300-500 ABŞ dolları xərc tələb edir. Avtomobillərin qiymətinə əsas təsir edən amil yükdaşıma və gömrük xərcləridir. Hazırda şirkətlər 3 000-3 500 manat, bəziləri 2 000-2 500 manat marja ilə avtomobil satırlar. Avtomobillərin yükdaşıma qiyməti qalxsa, gömrük rüsumlarında hansısa dəyişiklik olsa, qiymətlərin artmasını görə bilərik. Amma bir ildir ki, bazarda kəskin qiymət artımı yoxdur. Hətta rəqabət artdıqca şirkətlər marjalarını aşağı salır", - o söyləyib.(report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol