• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək hüquqları pozulan neçə vətəndaşın müraciətinə baxılıb?

Əmək hüquqları pozulan neçə vətəndaşın müraciətinə baxılıb?
13.05.2022 12:38
Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) altı ay ərzində 723 vətəndaşa xidmət göstərib,38 nəfərin problemi ofis daxilində dinlənilib. Bunu Azərbaycanda Əmək Hüquqlarının Müdafiəsi: Movcud Vəziyyət və Perspektivlər çərçivəsində keçirlən konfranda İLRA-nin təsisçisi və direktoru Fərid Rustamzadə bildirib.
 
108 işçisinin problemi Dövlət Əmək Müfəttişliyi Xidmətinə yönləndirlib. Hüquqları pozulmaqla bağlı müraciət edənlərin 55% kişi, 45%-i qadındır. Şikayətçilərin əsasən 65%-i özəl, 35%-i isə dövlət sektorundan hüququ pozulan vətəndaşlardır.
 
ILRA-ya müraciət edənlərin 90%-i işləyən, 10% isə işdən çıxıb müraciət edən vətəndaşlardır. 
 
7 şəxsin müraciəti məhkəmə qərarı ilə bərpa olunub və işinə yenidən qaytarılıb. 
 
Bakı, Lənkəran və Biləsuvarda 145 vətəndaşa əmək hüquqlarının müdafiəsi mövzusunda maarifləndirici təlimlər keçirilib.
 
Ümumilikdə 300 şəxs arasında əmək hüquqlarının pozulmasına dair bir neçə sual əsasında sorğu keçirilib. Sorğunun nəticələrinə görə işçilərin maaşlarının düzgün rəsmiləşdirilməməsi,əlavə saatlara  görə ödəniş verilməməsi, işdən əlavə işlərə cəlb olunması, əvvəlki iş yerlərində hüquqlarının pozulması halları daha çox üstünlük təşkil edib.
 
Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) 2021-ci ildə təsis edilib. Azərbaycanda işçilərə münasibətdə əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir. 
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol