Silahsız qadını öldürən rus əsgəri hakim önündə

Ukraynanın paytaxtı Kiyevdə silahsız velosipedçini güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarinin məhkəməsi keçirilir. Bu barədə məlumatı UNIAN yayıb.
Şişimarin qanunları və müharibə qaydalarını pozmaq maddəsi üzrə ittiham olunur. Başqa sözlə, o, hərbi cinayətkar olaraq məsuliyyətə cəlb olunub. Onu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Vadim Şişimarin Ukrayna məhkəməsi qarşısında duran Rusiyanın ilk hərbçisidir.
Rusiya hərbçisi martın sonunda Ukraynanın Sumı vilayətinin Trostyants şəhərində velosipedlə gedən silahsız qadını güllələyərək öldürüb.
Fevralın 24-dən Rusiya Ukraynada hərbi əməliyyat keçirməyə qərar verib. Bu gün müharibənin başlamasından 79 gün keçir. Müharibə nəticəsində Ukraynada 8 milyon çox insan Ukraynanı tərk edib. 238 uşaq ölüb, 413 azyaşlı isə yaralanıb. Amerika və bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya və Ukrayna atəşkəslə bağlı 3 dəfə masada görüşsələr də heç bir razılığa gəlməyiblər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























